Mənim bu işdə heç bir rolum olmayıb - Elxan Süleymanov İtaliya Məhkəməsinin qərarından danışdı

  • By admin
  • 13 Yanvar 2021 10:49

”Mənim bu işdə heç bir rolum olmayıb. Adımı niyə hallandırlar, mənə təəccüblüdür”.

Bu sözləri Gununsesi.info-ya Azərbaycan Milli Məclisinin deputatı Elxan Süleymanov İtalya Məhkəməsində bu ölkənin deputatı Luka Volentinaya rüşvət verməsi haqda iddialara münasibətində bildirib.

Qeyd edək ki, İtaliyanin Milan Məhkəməsi Luka Volentinoya 4 il cəza kəsib. Məhkəmə qərarında Azərbaycandan olan deputat Elxan Süleymanov və Müslüm Məmmədov bu işdə vasitəçi kimi tanınıb və onların hər birinə  isə 4 il qiyabi cəza verilib.

Adıçəkilən şəxslər Azərbaycana qanunsuz lobbiçilik etməkdə günahlandırılır.

Saytımıza açıqlamasında isə sabiq deputat Elxan Süleymanov deyib ki, bəzi xarici qüvvələr Azərbaycana ləkə yaxmaq istəyir.

”Mən hələlik, bu qərarla tanış deyiləm. İtaliya Məhkəməsinin qərarından xəbərsizəm. Amma bildirmək istəyirəm ki, bu, mənə və Azərbaycana qarşı böhtandır”.

Turanə Tağızadə

Gununsesi.info