Makron: “Rusiya Buçadakı cinayətlərinə görə cavab verməli olacaq”

  • By admin
  • 04 Aprel 2022 09:09

Fransa Prezidenti Emmanuel Makron Ukraynanın Rusiya hərbçilərindən azad edilmiş Buşa şəhərində mülki insanların öldürülməsini pisləyib.

Gununsesi.info xəbər verir ki, dövlət başçısı bu barədə Twitter hesabında yazıb.

“Kiyev yaxınlığında işğaldan azad edilmiş Buça şəhərindən bizə çatan görüntülər dözülməzdir. Küçələrdə yüzlərlə dinc sakin qorxaqcasına öldürülüb. Ölənlərə rəhmət diləyirəm, ukraynalılarla həmrəyliyimi bildirirəm. Rusiya hakimiyyəti bu cinayətlərə görə cavab verməli olacaq”, – Makron qeyd edib.

Gununsesi.info