Makron Paşinyanı Fransaya çağırdı

  • By admin
  • 04 Mart 2022 09:36

Ermənistan-Fransa diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümü münasibətilə Fransa prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyana təbrik məktubu göndərib və onu Parisə dəvət edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan KİV-lərinin məlumatında deyilir.

Makron Paşinyana göndərdiyi mesajda bildirib ki, martın 9-da Parisdə Fransa-Ermənistan əməkdaşlığının rəhbərlərinin iştirakı ilə görüş təşkil etmək istəyib. Görüşə Fransa və Ermənistanın yüksək profilli xadimləri, yerli hökumətlərin, biznes qurumlarının, assosiasiyaların nümayəndələri, eləcə də müxtəlif sahələrdən olan bir çox şəxslər dəvət olunub.

“Bu münasibətlə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etmək münasibətilə sizi Parisdə qəbul etməkdən şad olaram” deyə Makron Paşinyana bildirib.

“Siz Fransanın həm ikitərəfli əsasda, həm də ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində gərginliyin azaldılması və Qarabağ münaqişəsinin həlli istiqamətində tədbirlərin qəbulu və həyata keçirilməsinə nail olmaq üçün qətiyyətli səfərbərliyinə ümid edə bilərsiniz. Əmin olun ki, Fransa bugünkü dünyanın çoxsaylı çağırışlarını həll etmək üçün gələcək illərdə tərəfdaşlığımızı gücləndirməyə tam sadiq olacaq”, – Fransa prezidenti qeyd edib.

Gununsesi.info