Nüvə Hadisələrinə Müdaxilə Qrupu aktivləşəcək - ABŞ

  • By admin
  • 04 Mart 2022 09:39

ABŞ-ın energetika naziri Cennifer Qranholm, Ukraynanın energetika naziri German Qaluşenko ilə Zaporojjya zavodunda baş verən yanğın barədə danışıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə o, “Twitter” hesabında yazıb.

O, həmçinin bildirib ki, ABŞ-ın Nüvə Hadisələrinə Müdaxilə Qrupunu aktivləşdirmək qərarına gəlib.

ABŞ-ın nüvə arsenalına nəzarət edən Qranholm bunları sözlərinə əlavə edib:

“Zavod yaxınlığında Rusiyanın hərbi əməliyyatları ehtiyatsızlıqdır və dayandırılmalıdır”.

Gununsesi.info