Makron üçün son dərəcə vacib qanun layihəsi: Danışıqlar davam etdiriləcək

  • By admin
  • 19 Dekabr 2023 12:22
makron

Fransa parlamentariləri prezident Emmanuel Makron üçün son dərəcə vacib olan immiqrasiya qanun layihəsinin kompromis variantı ilə bağlı danışıqları bu gün davam etdirəcəklər.

Gununsesi.info xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Milli Assambleya və Senatın üzvləri xüsusi qarışıq komissiyanın tərkibində müzakirəni çərşənbə axşamı yerli vaxtla saat 10:30-dan davam etdirəcəklər. Bazar ertəsi bağlı qapılar arxasında danışıqlar günortadan sonra başlayıb və gecə yarısına qədər davam edib.

Məlumdur ki, Makronun partiyasından olan millət vəkilləri ilə sağçı respublikaçılar arasında razılıq yaranmağa başlayır, lakin immiqrantlar üçün sosial müavinətlərlə bağlı əhəmiyyətli mübahisələr qalmaqdadır.

Bu arada solçu siyasi qüvvələr bildiriblər ki, Makronun partiyasından olan deputatlar respublikaçıların təklif etdiyi layihədə daha sərt müddəalarla razılaşaraq “siyasi intihar” edirlər.

Layihənin ötən həftə gözlənilmədən parlamentin müzakirəsinə təqdim edilməməsindən sonra birgə komissiyanın işinə start verilib.

Gununsesi.info