Mehdiyevi istefa verməyə kim razı salıb? - Ən yaxın dostu akademiklə bir araya gəlib və...

  • By admin
  • 17 Fevral 2022 11:49

“Ramiz Mehdiyevin AMEA prezidentliyindən istefa verməyə keçmiş daxili işlər naziri, Təhlükəsizlik Şurasının katibi Ramil Usubov razı salıb”.

Bu barədə “Gününsəsi.info”ya məlumatlı mənbə xəbər verib. Mənbə qeyd edib ki, onları uzunmüddətli dostluq münasibətləri birləşdirir və tez-tez süfrə başında bir araya gəlirlər. Bu günlərdə Usubov Mehdiyevlə görüşərək onun ətrafında baş verən qalmaqalı müzakirə edib. “Keçmiş nazir dostuna müqavimət göstərməyin mənasız olduğunu, istefa verməyin ən düzgün yol olduğunu söyləyib”,-mənbə vurğulayıb.
Xatırladaq ki, R.Mehdiyev mətbuata açıqlamasında barəsində səsləndirilən ittihamları “boş söhbətlər” adlandırıb, istefa vermək niyyətində olmadığını bildirib və ancaq ölkə prezidentinin bu səlahiyyətinin olduğunu deyib. Amma bir gün sonra fikrini dəyişərək yaş həddinə görə AMEA-dan ayrılacağını açıqlayıb. Bununla belə o hələlik istefası ilə bağlı prezidentə müraciət etməyib. Tarixini açıqlamasa da, bildirib ki, ölkə başçısına istefa verməsini bildirəcək, daha sonra prezident onun barəsində sərəncam verəcək.

Elmar
Gununsesi.info