Xəbər verdiyimiz kimi, Azərbaycanda vəkillər və məhkəmə prosesi iştirakçıları üçün çətin günlər yaşanıb. “Elektron məhkəmə” informasiya sistemində aparılan genişmiqyaslı texniki yenilənmə ilə əlaqədar olaraq, sistemin ən vacib funksiyası olan “E-kabinet” müvəqqəti olaraq qapadılıb.
Məsələ ilə bağlı Məhkəmə-Hüquq Şurasından Gununsesi.info–nun sorğusuna cavab verilib:
“Vəkillərə “Elektron Məhkəmə” informasiya sisteminin yeni versiyası ilə bağlı təlim keçiriləcək
“Elektron Məhkəmə” informasiya sisteminin təkmilləşdirilməsi çərçivəsində sistemin yeni versiyası istifadəyə verilib.
Sistemdə edilən yeniliklərin izah olunması və yaranan çətinliklərin aradan qaldırılması məqsədilə Məhkəmə-Hüquq Şurası tərəfindən onlayn təlimlər keçirilməkdədir.
Bu gün saat 16:00-dan etibarən “Zoom” platforması üzərindən həftə ərzində keçiriləcək iclaslara qoşulmaq istəyən vəkillər müraciət edə bilərlər.
Bundan başqa bildirilir ki, yeni sistem üzərindən texniki məsələlərlə bağlı prosessual müddətlərin ötürülməsinin nəzərə alınması üçün Məhkəmə-Hüquq Şurasının Məhkəmə Çağrı Mərkəzindən (887) arayış alına bilər”.
Şəbnəm Rəhimova












