Məşhur aktyor hakim qarşısında

  • By Günel
  • 25 Mart 2025 08:36

Paris məhkəməsində aktyor Jerar Depardye cinsi zorakılıq ittihamı üzrə hakimlərin suallarını cavablandırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “BFMTV” məlumat yayıb.

Depardye “Yaşıl dalğalar” filminin çəkiliş meydançasında cinsi təcavüzə yol verməkdə ittiham olunur.

İki qadın – 53 yaşlı quruluşçu rəssam Ameli və 33 yaşlı rejissor köməkçisi zərərçəkən kimi tanınıblar.

Depardye bütün ittihamları qəti şəkildə rədd edir.

Onu 75 min avroya qədər cərimə gözləyir.

Gununsesi.info