Məşhur ərəb şirkəti Gürcüstana 6.6 milyard yatırım etdi

  • By admin
  • 17 Noyabr 2025 12:47

Dünyaca məşhur ərəb tikinti şirkəti EMAAR qrupun sahibi Məhəmməd Əli Alabbar qonşu Gürcüstanın iqtisadiyyatının inkişafını qeyd etməklə bərabər, ora 6.6 milyard ABŞ dolları sərmayə yatırdığını elan edib”.

 

Gununsesi.info xəbər verir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib.

Onun sözlərinə görə, Türkiya Statistika Qurumunun məlumatına əsasən 2025-ci il yanvar -oktyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 741 ədəd mənzil alıblar:

Bir mənzilin ortalama dəyərini 100.000 ABŞ dollarından hesablasaq, bu 741 milyon ABŞ dolları edir. 

Qısa desək, qonşu Gürcüstana ancaq bir ərəb şirkəti 6.6 milyard dollar yatırır, Azərbaycanda isə əksinə vətəndaşlarımız ölkədən tək Türkiyəyə 741 milyon ABŞ dolları çıxarıblar. 

Bu gedişlə yaxın zamanlarda vətəndaşlarımız SSRİ dönəmində olduğu kimi qonşu ölkələrə nökərlik etməyə gedərlər”.

 

Afət Abbasova

Gununsesi.info