Məşhur teleaparıcı istefa verdi - 3 aydır maaş almırmış

Aparıcı Könül Muxtarova Speys TV-dən ayrılıb.

Gununsesi.info xəbər verir ki, o bu barədə İnstaqram hesabında məlumat yayıb.

“Sevilən səhər” verilişinin aparıcısı olan K.Muxtarova 3 aydır maaş ala bilmədiyi üçün istefa verdiyini söyləyib.

O maaşın nə vaxt ödəniləcəyinin bəlli olmadığını bildirib.

Gununsesi.info