Meyvə çayları və onun faydaları – Bunları öyrədikdə…

  • By admin
  • 24 Dekabr 2020 11:49

Meyvə çayı meyvə, gilmeyvə və onların yarpaqlarından dəmlənən çaydır. Meyvə çayının tərkibində müxtəlif efir yağları var. Bu çayı isti və soyuq halda içmək olur. Bu çayın tərkibində kofein yoxdur, ona görə də meyvə çayını günün istənilən saatında içmək mümkündür. Meyvə çayını istənilən meyvədən hazırlaya bilərsiniz. Bu çayların dadında və rəngində müxtəliflik hiss olunsa da onlar orqanizmə, zərərsiz deyil, çox fadyalı olurlar.

Meyvə çaylarının faydaları
Meyvə çaylarının tərkibi vitamin və mikroelementlərlə zəngin olur. Bu çaylar orqanizmə tonuslandırıcı və hüceyrələri yeniləyici təsir göstərir. Meyvə çayları orqanizmin müqavimətini artırır və immunitetini yüksəldir.
Meyvə çayları aşağıdakı meyvələrdən və ya onların qarışımından hazırlana bilir. Çiyələk, moruq, sitrus meyvələr, alma, armud, yemişan, banan, müxtəlif giləmeyvələr, ərik, qaysı, üzüm, müxtəlif bitkilər və onların yarpaqlarından meyvə çayı dəmləmək mümükndür.
Hazırlanması:
Dəm çaynikinə meyvə dilimləri, yarpaqları və s. tökülür, üzərinə qaynar su əlavə edilib, bir-neçə dəqiqə dəmlənir. Meyvə çayını uzun müddət qaynatdıqda onun tərkibindəki efir yağları qaynayaraq uçur və çay dadlı olmur. Ən yaxşı dad almaq üçün dəmləməyə qoyulduqdan 10-15 dəqiqə müddətindən artıq çaynik odun üstündə qalmamlıdır.

Gununsesi.org