Mingəçevirdə Heydər Əliyevin Anım Günü ilə əlaqədar ehsan verilib -FOTO

Dekabrın 12-də Ulu Öndər Heydər Əliyevin Anım Günü münasibətilə Mingəçevir şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə ehsan təşkil olunub.

Gununsesi.info xəbər verir ki, Xarı Bülbül sarayında keçirilən mərasimdə İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul əməkdaşları, şəhər rəsmiləri, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər.

Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dualar oxunub və Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib. Çıxış edən İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Heydər Əliyevin Azərbaycanın inkişafına və dövlətçiliyimizin möhkəmlənməsinə verdiyi töhfələrdən danışıb, xatirəsinin əbədi olduğunu bildirib.

Mərasimdə iştirak edən ictimaiyyət nümayəndələri Mayıl İsmayılov, Ağagül Əliyev, Ramiz Kərimov və Xamo Əliyev dahi şəxsiyyətlə bağlı xatirələrini bölüşüblər.

Возможно, это изображение текст

Возможно, это изображение помост и текст "ন Xari Bülbi"

Возможно, это изображение помост и текст

 

 

Gununsesi.info