Minlərlə döyüş təyyarəniz var, bizə verilməyib - ZELENİSKİDƏN NATO SAMMİTİNDƏ TARİXİ ÇIXIŞ

  • By admin
  • 24 Mart 2022 15:34
NATO-nun bu gün keçirilən fövqəladə toplantısında Ukrayna prezidenti Vladimir Zelenski
çıxış  edib.
NATO-ya müraciət edərək, Rusiya hücumundan müdafiə üçün silah göndərmələrini xahiş edib.
Rusiyanın Ukraynaya hücumundan danışan Zelenskini bunun təkcə öz ölkəsinə deyil, bütövlükdə Avropaya qarşı olduğunu bəyan edib.
Rusiyanın hərbi baxımdan Ukraynadan güclü olduğunu vurğulayan, Zelenski NATO-dan dəstək istəyib: “İllər ərzində Rusiya çoxlu resurs toplayıb. Hərbi resurslar… texnika, bomba və raketlər. Dünya həyata yatırım etdiyi müddətdə onlar ölümə ağlasığmaz yatırımlar ediblər”.
Prezident vurğulayıb ki, bu, onun ikinci müraciətidir, ilk dəfə bir ay əvvəl, fevralın 24-də NATO-ya müraciət edib.
Həmin gün Ukrayna-NATO komissiyasının iclası keçirilirdi, lakin orada Zelenskinin müraciətinin dinlənilib-dinlənilmədiyi məlum deyildi.
“Hələ fevralın 24-də tam aydın, məntiqli xahişlə sizə müraciət etdim. Səmamızı bağlamağa kömək edin deyə. Xalqımızı rus bombalarından və raketlərindən qoruyun. Biz aydın cavab eşitmədik”, – o, müttəfiqləri qınayıb.
Vladimir Zelenski Ukrayna şəhərlərini və onların əhalisini xilas etmək məqsədi daşıyan Ukrayna müraciətinin təfərrüatlarını açıqlayıb.
“Ukraynanın hərbi yardıma ehtiyacı var – məhdudiyyətsiz. Necə ki, Rusiya məhdudiyyətsiz şəkildə bütün arsenalını bizə qarşı istifadə edir”, – o izah edib.
“Ukraynanın güclü raket əleyhinə silahları yoxdur, bizim Rusiyadan xeyli az aviasiyamız var… Ukrayna sizə təyyarələr üçün müraciət edib. Bu qədər insan itirməyək. Sizin minlərlə döyüş təyyarəniz var! Amma bizə verilməyib. Bircə dənə də!
 
Biz tanklara əl atdıq. Rusiyanın yüz minlərlə insanı girov saxladığı, süni şəkildə aclıq yaratdığı, yaşayış massivlərini sözün əsl mənasında külə çevirdiyi şəhərlərimizin blokadasını aça bilək deyə. Ən azı 20 min tankınız var! Ukrayna bütün tanklarınızın yüzdə birini istədi! Ver, və ya sat deyə. Amma hələ də bizim dəqiq cavabımız yoxdur…”, – deyə Vladimir Zelenski bildirib.
Zelenski vurğulayıb ki, o, NATO-dan Alyansa aid təyyarələrin bir faizini, eləcə də çoxsaylı reaktiv yaylım atəşi sistemləri, gəmi əleyhinə silahlar və hava hücumundan müdafiə sistemləri verməsini xahiş edir.
Prezident vurğulayıb ki, Ukrayna artıq göstərdiyi hərbi yardıma görə bütün müttəfiqlərinə minnətdardır, lakin bu, Rusiyanın hücumunu effektiv şəkildə dayandırmaq üçün kifayət etmir.
Qeyd edək ki, NATO-nun Baş katibi bu gün bir daha bəyan edib ki, NATO Ukrayna səmasını bağlamaq niyyətində deyil. NATO-nun Ukraynaya Slovakiyadan hava hücumundan müdafiə sistemləri tədarük etmək qərarı olsa da, bu çatdırılmanın reallaşacağı sual altındadır. Eyni zamanda, ABŞ Konqresində Baydenə Ukraynanı hava hücumundan müdafiə sistemləri və döyüş təyyarələri ilə təmin etməyə çağırışlar edilir.
Gununsesi.info