Mirzoyandan sülh açıqlaması: Qərb və ya Rusiya variantından söhbət getmir

  • Müəllif: admin
  • 24 Mart 2023 19:23

Azərbaycanla sülh müqaviləsində Qərb və ya Rusiya variantından söhbət getmir. Ermənistan və Azərbaycan birbaşa olaraq məsələləri müzakirə edirlər.

Gununsesi.info xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin iclasında deyib.

O bildirib ki, sənəd Bakı ilə İrəvan arasında imzalanacaq.

Nazirin sözlərinə görə, tərəflər bir sıra məsələlərdə ideal olmasa da, məqbul həll yolunu tapıblar.

Gununsesi.info