Misir Futbol Assosiasiyasının baş katibi Mustafa Əzzam Rusiya millisi ilə yoldaşlıq oyunu ilə bağlı hələlik heç bir qərar verilmədiyini bildirib.
Gununsesi.info bu barədə xarici mediaya istinadən məlumat verir.
“Təklifi nəzərdən keçirdik və evdə oynamağı gözlədiyimizi bildirdik. Razılığa gələ bilsək, Rusiya komandasını 29 mayda Qahirədə qəbul edə bilərik. Dünya Kuboku başlamazdan əvvəl tez-tez səfərlərdən qaçınmaq üçün Misir komandası üçün səfərdə deyil, evdə oynamaq daha rahat olardı”, – deyə o bildirib.
Orxan












