Mixeil Saakaşvili mühacirlərə müraciət etdi

  • By admin
  • 17 Oktyabr 2021 21:11

Gürcüstanın üçüncü przidenti Mixeil Saakaşvili həbsxanadan növbəti dəfə müraciət edib.

Gununsesi.info xəbər verir ki, Saakaşvili mühacirlərdən seçkilərin ikinci turu üçün Gürcüstana gəlmələrini xahiş edib.

“Mühacirlərə müraciət etmək istəyirəm, ayın sonunda həlledici döyüş üçün heç olmasa bir həftəlik Gürcüstana gəlin. Vaxt çatıb və indi sakit oturmaq cinayətə bərabərdir. Qələbə həqiqətən yaxındadır və hamınız çox yaxında bu bataqlıqdan çıxacağıq. Minlərlə əlavə mühacirə ehtiyacımız var, bilirəm ki, gəlmək bir çox çətinliklərlə əlaqədardır, amma indi bu səsləri qorumaq və mənə dəstək olmaq həlledici bir üstünlük olacaq”, – deyib Mixeil Saakaşvili.

Gununsesi.info