Motosiklet sürücüsünü döyən məmur danışdı - BİLİRƏM MƏNİ İŞDƏN ÇIXARACAQLAR, SƏHV ELƏDİM/ ÖZƏL

  • By admin
  • 26 Aprel 2022 00:04

“Heç özüm  də bilmədim ki, bu olay necə baş verdi. Çox əsəbiydim, təzyiqim qalxmışdı. Nəvəmi məktəbdən gətirirdim. Kaş ki, olmayaydı”.

Bunu Gununsesi.info -ya açıqlamasında paytaxtda motosiklet sürücüsünü döyən vəzifəli şəxs Suıtan Dadaşov yayılmış görüntülərinə münasibətində deyib.

O, bildirib ki, həmin an özündə olmayıb və işdən azad olunacağını da gözləyir: “Mən təəssüf edirəm. Nə qərar versəllər, hazıram”.

Qeyd edək ki, Sultan Dadaşovun PA -da işlədiyi deyilir.

BUNA DA BAX!

“Lexus”da gəzən vəzifəli şəxs motosikilet sürücüsünü belə döydü

 

Elmar

Gununsesi.info