“Lexus”da gəzən vəzifəli şəxs motosiklet sürücüsünü belə döydü - DİN-dən reaksiya/ VİDEO

  • By admin
  • 25 Aprel 2022 23:25

 

 

“Lexus” markalı avtomobilin sürücüsünün motosikletçini döyməsi ətrafda olanların və sosial şəbəkə izləyicilərinin ciddi narazılığına səbəb olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov Lent.az-a açıqlamasında yayılan görüntülərdən məlumatlı olduqlarını bildirib.

Onun sözlərinə görə, artıq yayılan görüntülərlə bağlı araşdırmalara başlanıb: “Hadisə araşdırıldıqdan sonra nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, “Lexus”un sürücüsünün Dadaşov Sultan Tofiq oğlu olduğu bildirilir.

***

Bakıda vəzifəli şəxs  yolda ona mane olan motosiklet sürücüsünü döyüb.

Gununsesi.info həmin görüntüləri təqdim edir: