Deputat AŞ PA-da bozqurd işarəsi göstərdi - VİDEO

  • By admin
  • 25 Aprel 2022 23:01

Avropa Şurası Parlament Assambleyasının bu gün keçirilən sessiyasında Azərbaycandan olan deputat Kamal Cəfərov erməni deputatlarının Mövlud Çavuşoğlu haqqında ittihamlarına bozqurd işarəsi ilə cavab verib.

Gununsüsi.info deputatın çıxışını təqdim.edir:

Sizləri  Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında keçirilmiş üçtərəfli görüşlərlə bağlı məlumatlandırmaq (update) istərdim.
Hər iki Brüssel görüşünün nəticələri ümumilikdə müsbət hesab edilə bilər.
Birincisi ona görə ki, Avropa İttifaqı postmünaqişə dövrünün reallıqlarını qəbul edir. Yekun kommunikede “Dağlıq Qarabağ” və “münaqişə” sözləri yoxdur. Bu təbiidir, çünki münaqişə yoxdur, münaqişə həll olunub. Hazırda Avropa ittifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur. Biz də bunu yüksək qiymətləndiririk.
İkinci mühüm yenilik ondan ibarətdir ki, Brüssel görüşünün nəticəsində sərhədlərinin delimitasiyası və sülh sazişi üzrə işçi qrupların yaradılması ilə bağlı razılığa gəlinib.
Üçüncü və bəlkə də ən mühüm yenilik ondan ibarətdir ki, Ermənistan da postmünaqişə reallıqlarını qəbul edir. Ermənistan Azərbaycanın təqdim etdiyi 5 prinsipi qəbul edir.
Biz bu şərhləri müsbət hesab edirik. Lakin Ermənistan ciddiliyini masa üzərində sübuta yetirməlidir.
Eyni zamanda Ermənistan regional kommunikasiyalarla bağlı götürdüyü öhədəliklərə ciddi yanaşmalı, praktiki təbdbirlər həyata keçirməlidir. Səmimi davranmalıdır.
Nə üçün bunu deyirəm? Çünki, Ermənistanın Azərbaycana təqdim etdiyi mina xəritələrinin 80%-i “feyk”dir. Biz başa düşürük ki, Ermənistan bunu beynəlxalq ictimaiyyət qarşısında süni görüntü yaratmaq məqsədilə edib.
Bu yaxınlarda Kəlbəcərin Günəşli kəndinə dağıdılmış evlərinə baş çəkmək istəyən sakinlər vaxtında xəbərdar edilməsəydi, 21 nəfər həlak ola bilərdi. Müəyyən edilib ki, bu minalar 2020-ci il 10-25 noyabr müddətində ermənilər tərəfindən basdırılb.
Biz istəyirik ki, AŞPA mina məsələlərində səssiz qalmasın.
Eyni zamanda cənab Çavuşoğlunun göstərdiyi işarə-  bozqurd işarəsi qədim türk totemidir. Google-da axtarış etsəniz görəcəksiniz ki, hətta Barak Obama bozqurd işarəsini göstərib. Ona görə də göstərdiyim boz qurd işarəsi ilə bağlı heç bir problem yoxdur”.

Gununsesi.info