Bəxtiyar Hacıyev BMCMİ rəisi ilə görüşdü – CİNAYƏT İŞİ AÇILDI

  • By admin
  • 25 Aprel 2022 21:52

İctimail fəal, tanınmış bloger Bəxtiyar Hacıyevi bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi general-mayor Əbülfət Rzayev qəbul edib.

Gununsesi.info  xəbər verir ki, bu barədə bloger özü məlumat yayıb.

O bildirib ki, 21 apreldə onun oğurlanıb təhqir olunması hadisəsi ilə bağlı CM-nin 221.2.1 (xuliqanlıq) maddəsilə cinayət işi açılıb.

Qeyd edək ki, ötən gün B.Hacıyevi DİN rəhbəri Vilayət Eyvazov qəbul etmiş, olayın ən yüksək səviyyədə araşdırılacağını bildirmişdi.

Gununsesi.info