Sabah Putinlə danışacağam – ƏRDOĞAN

  • By admin
  • 25 Aprel 2022 20:36

Rusiya-Ukrayna savaşının sülhlə başa çatması üçün təşəbbüslərimizi davam etdiririk.

Gununsesi.info xəbər  verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bu gün BMT Baş katibi Antonio Quttereşi qəbul etdim. Onunla mövcud durumla bağlı fikir mübadiləsi apardıq. Ötən günlərdə ukraynalı həmkarım Vladimir Zelenski ilə danışdım. Sabah da rusiyalı həmkarım Vladimir Putinlə danışacağam. İstanbul müzakirəsi sülh üçün ən mühüm zəmindir”, – Ərdoğan vurğulayıb.

Gununsesi.info