Mourinyo “Benfika”nın baş məşqçisi təyin olunub

  • Müəllif: Admin08
  • 18 Sentyabr 2025 18:54

“Benfika”nın yeni baş məşqçisi bəlli olub.

Gununsesi.info xəbər verir ki, bu posta Joze Mourinyo gətirilib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 62 yaşlı portuqaliyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Mourinyonun son iş yeri “Fənərbaxça” olub.

Gununsesi.info