MTN istintaqçılarına hökm oxundu - MÖVLAM ŞIXƏLİYEVİN GENERAL RÜTBƏSİ ALINMAQLA, ƏMLAKLARI MÜSADİRƏ OLUNDU

  • By admin
  • 21 Sentyabr 2022 11:15

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesinin son iclası keçirilib.

 

Gununsesi.info-nun xəbərinə görə, məhkəmənin hökmü ilə Mövlam Şıxəliyevə general rütbəsi alınmaq və 7.7 milyonluq əmlakı müsadirə olunmaqla 12 il, Yasin Məmmədova 10 il 6 ay, Vüsal ələkbərova 11 il 2 ay, Sahib Ələkbərova isə 8 il azadlıqdan məhrumetmə hökmü çıxarılıb.

 

Gununsesi.info