Naxçıvanın Ali Məclisində yeni komissiyalar yaradılır

  • Müəllif: Firuzə
  • 30 Yanvar 2026 22:18

Naxçıvan Muxtar Respublikası Ali Məclisində yeni komissiyaların yaradılması planlaşdırılır.

Gununsesi.info  xəbər verir ki, yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyasının 2 fevral tarixində keçiriləcək ilk iclasının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyasının qanunvericilik işləri planının təsdiqi

2. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hesablayıcı komissiyasının yaradılması

3. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam komissiyasının yaradılması.

Gununsesi.info