“Neftçi” iranlı futbolçusu ilə yolları ayırdı

  • By admin
  • 14 Mart 2021 22:56

“Neftçi” klubu futbolçusu Saman Nərimancahanla yollarını ayırıb.

Bununla bağlı klubun rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, cənubi azərbaycanlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Futbolçuya xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, “Neftçi”yə 2020-ci ilin yanvarında transfer olunmuş Saman Nərimancahan “ağ-qara” formada 22 oyuna 1 qol vurub.

Gununsesi.info