“Neftçi” millinin üzvünü transfer etdi

  • By Günel
  • 22 Yanvar 2025 20:48

“Neftçi” Azərbaycan millisinin üzvü Elvin Camalovun transferini rəsmən açıqlayıb.

Gununsesi.info xəbər verir ki, 4 nömrəli formanı geyinəcək 29 yaşlı dayaq yarımmüdafiəçisi ilə 1,5 + 1 il şərti ilə müqavilə bağlanıb.

“Qəbələ”nin yetirməsi olan Camalov “Zirə” və “Sabah” klublarında da çıxış edib. Sonuncu klubu “Sabah”ın kapitanı olmuş təcrübəli futbolçu 2018/19 mövsümündə “Qəbələ” ilə Azərbaycan Kubokunu başı üzərinə qaldırıb. O, milli komandamızın heyətində 20 oyun keçirib.

Gununsesi.info