Nərimanovda maşın aşdı - yolda sıxlıq yarandı - VİDEO

  • By Günel
  • 25 Yanvar 2025 20:36

Bakının Nərimanov rayonu ərazisində minik maşını aşıb.

Gununsesi.info xəbər verir ki, “Gənclik” metrostansiyası yaxınlığında, tuneldə hərəkətdə olarkən “Range Rover” markalı avtomobil aşıb.

Ərazidə olan vətəndaşlar və polis əməkdaşlarının köməyi ilə maşındakı sürücü çıxarılıb. Onun vəziyyətinin yaxşı olduğu bildirilir.

Qəza nəticəsində ərazidə sıxlıq yaranıb.