“Artıq ənənəyə çevrilmiş Şuşa Qlobal Media Forumunun bir əhəmiyyəti də odur ki, buraya xaricdən xeyli jurnalist dəvət edilir. Onlar bölgə, o cümlədən Azərbaycanla bağlı vəziyyətlə yaxından tanış olur, proses və problemlərə münasibəti birbaşa ölkə başçısından öyrənirlər. Təbii ki, Prezident İlham Əliyevin forumda iştirakı bu məclisə fərqli bir miqyas verir”.
Bunu Gununsesi.info–ya açıqlamasında siyasi şərhçi Qulu Məhərrəmli deyib.
Onun sözlərinə görə, foruma qatılan xarici jurnalistlərin gedib öz ölkələrində nəyi necə işıqlandırmaları onların öz münasibətindən, yanaşmalarından və nə dərəcədə obyektiv, vicdanlı, azad olmalarından asılıdır:
“Hər şeydən görünür ki, ölkəmiz üçün həm də yaxşı piar və imic məsələsi olan forum yüksək səviyyədə təşkil olunub. Builki IV Şuşa Qlobal Media forumunun mövzusu da çox diqqətçəkəndir: “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması”. Həm dünyadakı müharibə ab-havası, həm də medianın getdikcə azalan nüfuzu fonunda çox aktual mözudur”.
Ölkənin ictimai-siyasi həyatında rolu olmayan bəzi bloggerlərin Şuşa Forumuna blogerlərin də dəvət olunmasın görə tənqidlərə gəlincə, Qulu Məhərrəmli məntiqi əsası vardır: “İndi real media ilə yanaşı virtual media da mövcuddur. Hətta ikinci qütb daha fəal və daha güclü təsirə malikdir. Bu, bir reallıqdır.. amma o başqa məsələ ki, bloger və tuktogerlərin heç də hamısına jurnaliat demək olmaz”.

Firuzə Mahmudova
Gununsesi.info












