Ölkəyə gətirilən avtomobillərin sayı açıqlandı

  • By admin
  • 04 Mart 2021 12:45

Ötən il ərzində Azərbaycana idxal oluan avtomobillərin sayı açıqlanıb.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirilən mətbuat konfransında bildirib ki, 2020-ci il ərzində Azərbaycana 53729 nəqliyyat vasitəsi idxal olunub ki, bu da 2019-cu illə müqayisədə 12 faiz çoxdur.

S.Mehdiyevin sözlərinə görə, 2019-cu ildə ölkəmizə 47 709 nəqliyyat vasitəsi idxal olunub. Komitə sədri qeyd edib ki, ölkəyə idxal olunan avtomobillərin böyük əksəriyyəti istismar olunmuş avtomobillərdir.

Gununsesi.info