Onu şantaj edirdi - Polis zabiti sevgilisini və özünü bu səbəbə görə öldürüb+FOTO

  • By admin
  • 21 May 2021 10:09

Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayon polis idarəsinin təhqiqatçısı Həsən Osmanov sevgilisi Fatimə Hüseynovanı və özünü güllələyib.
Gununsesi.info-nun olayla bağlı araşdırmasında hadisənin səbəbləri üzə çıxıb.
Hadisəyə səbəb mediada yazıldığı kimi heç də qısqanclıq olmayıb. Məlumata görə, Həsən Osmanovun bu addımı atmasına səbəb Fatimə Hüseynovanın onu şantaj etməsi və davamlı olaraq maddi zərərə salması olub.
Sevgililər arasında sonuncu mübahisə isə Fatimənin külli miqdarda borca girməsi və Həsənin bundan xəbər tutması olub.
Aralarındakı mübahisə sonradan bu faciə ilə başa çatıb.
Həsənin yaxınları bildirir ki, Fatimə münasibətdə olduqları zamanı Həsənə bir neçə dəfə borclarını bağladıb.
Bu pullar isə mağazalardan alınan qızıl-zinət əşyaları, telefonlar və banklara ödənilib.

Qeyd edək ki, hadisə mayın 20-də günorta saatlarında Yasamal rayonunda baş verib. Polis əməkdaşı Həsən Osmanov qısqanclıq zəminində tabel silahından atəş açaraq, tanışı 1996-cı il təvəllüdlü Fatimə Hüseynovanı qətlə yetirib, özü isə intihara cəhd edib.

H.Həsənovun intihara cəhd etməsi faktı ilə bağlı cinayət işi açılıb.

Gununsesi.info