Özünü blogger kimi təqdim edən məşhur şantajçı Ata Abdullayev hakim qarşısında

  • By admin
  • 08 Oktyabr 2021 20:52

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində özünü blogger kimi təqdim edən ancaq cəmiyyətdə “şantajçı”, “reket” kimi tanınan Ata Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Gununsesi.info-nun xəbərinə görə,  hakim Fikrət Qəribovun sədrliyilə keçirilən prosesdə  Ata Abdullayevin vəkili onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi haqda vəsatət qaldırsa da məhkəmə bunu rədd edib.

Məhkəmə çıxış edən Ata Abdullayev cinayətinə haqq qazandırmaq üçün köhnə adətini –  hakimiyyət rəhbərliyinə məddahlıq edərək gunahsız olduğunu iddia edib:

Allah prezidentimizi, vitse-prezidentimizi qorusun. Şükürlər olsun ki, dəmir yumruq zəfər çaldı. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə şəfa diləyirəm. Zəfər yoluna and olsun ki, şikayətlərin əsası yoxdur. Mən bu yeddi ayda günahımın nədən ibarət olduğunu bilirəm. Amma o ittihamda yazılanlar olmayıb. Allah mənə qismət edib, Vyanada “dəmir yumruğu” şəxsən öpmüşəm. Mən cənab prezidentlə nəfəs alan adamam. İttihamda yazılanları etməmişəm. Amma niyə həbs olunduğumu başa düşmüşəm. Bu 7 ayda nə çəkdiyimi bir Allah bilir. Bu 7 ayda məni nə incidən, nə də zorla nəsə yazdıran olub. And olsun Allaha, mən günahsızam, məsumam…”

 

Ata Abdullayevin işi üzrə məhkəmə baxışı oktyabrın 19-na təyin olunub. Bu il martın 12-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılan Ata Abdullayev Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham olunur. Onun işində dörd nəfər zərərçəkmiş qismində tanınıb – Elmar Əliyev, Cəmil Babayev, Elçin Əliyev və Şahlar Həsənov. Şahlar Həsənov Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır üzrə nümayəndəsidir.

Ata Abdullayev bir neçə il əvvəl də online oğurluğa görə MTN əməkdaşları tərəfindən həbs olunmuş, sonda ona şərti cəza verilmişdi.

 

Gununsesi.info