Pərviz Həşimli mühakimə olunan MTN-çilərə səsləndi - DANIŞIN, HEÇ OLMASA VİCDANINIZ RAHAT OLSUN!

  • By admin
  • 27 İyul 2022 13:24

Xəbər verdiyimiz kimi, Bakı Hərbi Məhkəməsində mühakimə olunan MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, nazirliyin şöbə rəisinin müavini olmuş Sahib Ələkbərov və digər vəzifəli şəxslərə dövlət ittihamçısı cəza tələb edib.

Vaxtilə, MTN tərəfindən qurama ittihamla şərlənərək həbs edilən keçmiş vicdan məhbusu jurnalist Pərviz Həşimli mühakimə olunan MTN-çilərə səslənib.

Onları cəsarətli olmağa çağıran jurnalist Eldar Mahmudov və Zakir Qaralovun adını çəkməyə səsləyib:
“Danışın Cənablar!

Son sözünüz olacaq, sizi bu günə gətirib çıxaran Eldar Mahmudovdan, Zakir Qaralovdan danışın!

Aristotel deyirdi ki , insan iradəsinin hakimi vicdanının əsiri olmalıdır.

Mövlam Şıxəliyev, Sahib Ələkbərov da şər işin iştirakçısı kimi günaha bulaşıb.

Qandi hesab edirdi ki, Qanunlara əsaslanan muhakimələrdən, daha büyük bir muhakimə hər kişinin öz vicdanıdır. Ən mükəmməl ədalət vicdandır.

Odur ki, Mövlam Şıxəliyev Sahib Ələkbərov Qandini duysun və böyük günah sahibi kimi öz məhkəməsində əbəs yerə ədalət axtarmasın.

Günahınızı etiraf edib bağışlanmağı dilədiyində ədalət və hüzura qovuşar.
Həm də vicdanınız rahat olar”.

 

Günay 
Gununsesi.info