Parlamentin komitə sədri AZAL-ın baha bilet qiyməti ilə bağlı sualdan yayındı

  • By admin
  • 12 Aprel 2023 11:52

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili  ictimaiyyətin böyük bir kəsimini narahat edən məsələdən  –  AZAL-ın baha qiymətə bilet satmasından  danışmaq istəmir.

Qeyd edək ki, bir neçə gün əvvəl Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəçad Nəbiyev AZAL-ın yeni 12 ədəd təyyarə almasını onun rəqabət qabiliyyətinin artmasına təsir edəcəyini deyib.

Tahir Mirkişili ilə əlaqə saxlayan əməkdaşımız ondan nazirinbu açıqlamasının nə dərəcədə həqiqət olub-olmamasını, həmçinin ölkəyə niyə xarici hava şirkətlərinin buraxılmamasını şərh etməsini xahiş edib.

Ancaq komitə sədri “Mən bu haqda məlumatsızam, çalışaram, araşdırıram” deyə danışmaqdan imtina edib.

Qeyd edək ki, komitə sədrindən fərqli olaraq, əksər deputatlar qiymət məsələsinə görə AZAL-ı tənqid edir.

 

Elmar Elnuroğlu

Gununsesi.info