Partiya sədrindən xalqa Novruz təbriki

  • By admin
  • 20 Mart 2023 09:51

Əziz həmvətənlər!
Sizi sevimli Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə can sağlığı, səadət dolu günlər arzu edirəm.
Xalqımız min illər ərzində təşəkkül tapmış ənənələrə sadiq qalaraq hər il Baharın gəlişini təntənə ilə bayram edir. Təbiətlə insanın sarsılmaz vəhdətini əks etdirən Bahar bayramı yurddaşlarımızın yaddaşına əbədi həkk olunmuşdur. Ulu əcdadlarımızdan indiki nəsillərə ərməğanı olan Bahar adət-ənənələrinin günümüzədək yaşadılması Azərbaycan xalqının çoxəsrlik tariximiz qarşısında müstəsna xidmətidir.

Bu il də sevimli Novruz bayramını xalqımız yüksək əhval-ruhiyyə və qürur hissi ilə qeyd edir. Erməni təcavüzünə son qoyulduqdan keçən zaman kəsiyində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda quruculuq və abadlıq işləri yüksək səviyyədə aparılmaqda, erməni vandallarının yerlə bir etdiyi tarixi məskənlərimiz bərpa edilməkdədi. Bu bir daha Azərbaycan Xalqının iradəsinə söykənən müdrik Prezidentimizin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın Azərbaycana yüksək vətənpərvərlik münasibətinin ifadəsidir.

Əziz bacı və qardaşlarım, Bayramınız mübarək!

Hörmətlə,
Fəzail Ağamalı
Millət vəkili, Ana Vətən Partiyasının sədri

20 mart 2023-cü il