Almaniya mediası: “Kılıcdaroğlu islamçı-mühafizəkar prezidenti əvəz edə bilər”

  • By admin
  • 20 Mart 2023 10:03

Almaniyanın aparıcı qəzetlərindən olan “Bild” nəşri Türkiyədəki prezident seçkilərindən yazıb.

Gununsesi.info-nun xəbərinə görə, Prezident  Rəcəb Tayyib Ərdoğanla 6-cı masanın ortaq namizədi CHP sədri Kamal Kılıçdaroğlunun qələbə şansını dəyərləndirən 

alman nəşri, Kılılçdaroğlunun qələbə şansından yazıb: “Kılıcdaroğlu sosioloji soğrularda ərdoğanı üstələyir. Bu adamın sağ qalacaq gücü var! Uzun illər və çoxsaylı məğlubiyyətlərə baxmayaraq, 74 yaşlı Kamal Kılıçdaroğlu özünü müxalifətin prezidentliyə namizədi kimi göstərib. Kılıçdaroğlu indiki sorğularda 57,1 faizlə Ərdoğanı (42,9 faiz) xeyli qabaqlayır! O, 20 ildir hakimiyyətdə olan islamçı-mühafizəkar prezidenti əvəz edə bilər”

Türk xalqının 6 fevralda baş verən və 47 mindən çox insanın həyatını itirdiyi zəlzələlərdən sonra zəlzələ qurbanlarına yardımın yavaş çatdırılmasından Ərdoğanı məsuliyyət daşıdığını ifadə edən “Bild” yazır:  “Uzun müddət Kılıçdaroğlu  avtoritarizm rolunu oynamağı sevən Ərdoğana qarşı heç nə edə bilməyəcək kimi görünürdü. Zəlzələ fəlakətinin yaratdığı iztirabların səbəbi kimi Ərdoğan hökumətini göstərməsi  onun prezident seçilməsi üçün doğru addımdır. Kılıçdaroğlu da məhz buna müraciət edir. O, hökuməti fəlakətin öhdəsindən gəlməkdə aciz olmaqda ittiham edir və hökumətin korrupsiyasını pisləyir”.

Kılıçdaroğlunun 2010-cu ildən CHP lideri olduğuna diqqət çəkən Bild, “Öz bazasını hirsləndirmək bahasına sağ partiyalarla ittifaqlar qurdu və CHP-yə hicablı qadınları qəbul etdi” deyə yazır: “2019-cu ildə CHP İstanbul və Ankarada böyük şəhərləri qazandı və Ərdoğanın AKP-nin bu şəhərlərdə uzun illər davam edən iqtidarına son qoydu. Bu,  dəyişikliyin ilk əlamətləri kimi şərh edilməlidir. Bu, ona hökuməti dəyişməyə kömək edə bilər”.

Tərcümə:

Gununsesi.info