“Paşinyan hökumətinin əsas uğuru uşaq pulu verə bilməsi yox, ciddi iqtisadi inkişafa nail olmasıdır” -ŞƏRH

“Ermənistandakı seçkilərdə sıravi azərbaycanlının Paşinyana simpatiyası iki faktora əsaslanır”.

Bu fikirləri Gununsesi.info -ya açıqlamasında iqtisadçı İsmayıl Qaşqay deyib:

“Əvvəla, azərbaycan əhalisi müharibədə maraqlı deyil, ümumiyyətlə hər hansı bir müharibənin onların rifah halında zərrə qədər dəyişiklik etməyəcəyinə əminlik yaranıb

İkincisi isə əhalinin əlçatmaz arzusuna çevrilmiş uşaqpulu verilməsi bu simpatiyanı xüsusilə artırır

Lakin Paşinyan hökumətinin əsas uğuru uşaq pulu verə bilməsi yox, ciddi iqtisadi inkişafa nail olmasıdır. Bu inkişaf sayəsində uşaqpulu verilməsə belə, sadə insanların rifahı yaxşılaşır. Aparılan struktur islahatlar, ilk növbədə korrupsiyanın kəskin azaldılması və neoliberal iqtisadi kurs özünü doğruldur. Biznes üçün yaradılmış şərait nəticəsində illik 10-12 faizlik iqtisadi inkişafla dünyada ən yaxşı göstəricilərdən birinə nail olurlar

Bunun müqabilində Azərbaycandakı bürokratik-inzibati idarəçilik özünün çiçəklənmə dövrünü yaşayır. Məsələn, 01 iyun 2026-cı il tarixinə olan rəqəmlərə görə, keçən ilin eyni dövrü ilə müqayisədə vergi ödəyicilərinin sayı 3 faizə yaxın artıb. Təbii ki, iqtisadi tənəzzül şəraitində vergi ödəyicilərinin sayının artması kifayət qədər şübhəli məsələdir, əgər bu rəqəm artıbsa belə, iqtisadiyyat və büdcə buradan heç nə qazanmır, əhalinin azgəlirli təbəqəsənin gəlirlərini rəsmiləşdirmək isə onların rifah halını daha da pisləşdirir

İqtisadiyyatı liberallaşdırmaq əvəzinə, sahibkarlıq subyektlərini total nəzarətə götürmək yaxşı heç nə vəd etmir

Yeri gəlmişkən, sosial şəbəkələrdə Azərbaycanda müqayisə edilən Şimali Koreyada belə 3.7 faizlik iqtisadi artım müşahidə edilir və gəlirlərin artması fonunda epizodik də olsa liberallaşma meylləri müşahidə edilir

İqtisadi tənəzzül sürətləndikcə daha da qapanma meylləri nümayiş etdirən yeganə iqtisadiyyat hazırda Azərbaycandır desək məncə yanılmarıq”.

 

 

Afət

Gununsesi.info