“Qanun “və “Xan” nəşriyyatına qarşı əqli mülkiyyət davamın apellyasiya məhkəməsi də başa çatıb.
Bu barədə Gununsesi.info-ya rəssam Pəri Miniatür məlumat verib.
Belə ki, o, bu barədə deyib:
“Hakim qarşı tərəfin də verdiyi apellyasiya iddiasını əsassız sayaraq rədd etdi. Mənim və vəkilim Aqil Layıcın apellyasiya iddiasını qəbul etmiş tələb etdiyimiz təzminatı isə qismən təmin etmişdir”.
Rəssam həmçinin deyib:
“Haqsız və hüquq tapdalayan olduqları sübut olunsa da, belə pafoslu insanları nə kiminsə ədalətsizliyə uğraması, nə də ictimai qınaq yox, sadəcə ciblərini yandıran maddiyyat itkisi ola bilərdi…”
Qeyd edək ki, Azərbaycan miniatürünü UNESCO’ya təqdim edən rəssam Pəri Miniatürlə “Qanun” və “Xan” nəşriyyatları arasındakı məhkəmə çəkişməsi var idi.
Pəri Miniatür “Qanun” və “Xan” nəşriyyatlarını əsərlərindən icazəsiz istifadə etdiyi üçün məhkəməyə vermişdi. Rəssam hər iki nəşriyyatdan 10 min manat məbləğində təzminat tələb edirdi.
Bundan əvvəlki məhkəmədə qərara əsasən, “Qanun” və “Xan” nəşriyyatlarına Pəri Miniatürün əsərlərindən istifadə qadağan olunub. Lakin məhkəmə müəllifin təzminat tələbini təmin edilməmişdi.
Elmar












