Peskovun qızı ona sanksiya tətbiq edilməsindən danışdı - 24 yaşı tamam olan…

  • By admin
  • 20 Mart 2022 15:14

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Sergey Peskovun qızı Elizaveta ona ABŞ və Avropa ölkələrinə səyahət qadağası qoyulmasından danışıb.

Gununsesi.info xəbər verir ki, Elizaveta Peskova “Business Insider”ə müsahibəsində bildirib ki, bu qadağadan çox məyus olub:

“Mənə tamamilə ədalətsiz və əsassız görünür. Çox təəccüblənirəm, çünki 24 yaşı tamam olan və vəziyyətə heç bir aidiyyatı olmayan adama sanksiya tətbiq etmək qəribədir. Səyahət etməyi və fərqli mədəniyyətləri sevdiyim üçün üzülürəm. Mən dünya vətəndaşıyam və bununla bağlı heç nə edə bilmərəm”.

Elzavetta deyib ki, Rusiya böyükdür və kifayət qədər fərqli mədəniyyətıəri özündə birləşdirir. İstədiyin qədər gəzə bilərsən.

 

Gülnar Məmmədli

Gununsesi.info