Polis döyən deputata bu qədər cəza verildi

  • By admin
  • 28 Dekabr 2021 00:04

Dekabrın 27-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsi parlamentin keçmiş deputatı Eldəniz Səlimov barəsində hökm çıxarıb.

Gununsesi.info xəbər verir ki, məhkəmə onu vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilib (Cinayət Məcəlləsinin 309.2-ci maddəsi) və 3 il yarım müddətinə azadlıqdan məhrum edib.

Xatırladaq ki, iyulda Səlimov restoranda karantin rejiminin tələblərini pozmamağı xahiş edən polis əməkdaşını döyüb. Hadisə Xaçmazda baş verib.

Milli Məclis onu toxunulmazlıqdan məhrum edib və keçmiş deputat həbs edilib.

 

Gununsesi.info