Polis qanunsuz saxlanılan silah-sursat aşkarladı

DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən Gununsesi.infoya verilən məlumata görə, noyabrın 13-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 6 avtomat silahı, 2 tapança, 2 qumbara aşkar edib.

Bununla yanaşı 2 qumbara 2 alışdırıcısı, 5 tüfəng, 17 patron darağı və 115 ədəd müxtəlif çaplı patron da aşkar edilərək götürülüb.

Tədbirlər davam etdirilir.

 

Gununsesi.info