
Polşa rəhbərliyi Rusiyanın Belarus həmləsinə qarşı hərəkətə keçib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Polşanın Baş naziri Mateus Moravieski mətbuat toplantısında etdiyi açıqlamasında Rusiyanın həmləsinə cavab olaraq bənzər silahların ölkəsində yerləşdirilməsini təklif edib.
Moravieski Belarusda rus nüvə silahlarının yerləşdirilməsinə qarşılıq olaraq, Amerikanın Polşada nüvə silahları yerləşdirməsini istəyib.
Baş nazir çıxışında ölkəsinin NATO-nun paylama konseptinə qatılmasının daha cazibəli olduğunu vurğulayıb.
Xatırladaq ki, NATO-nun bu konsepsiyası nüvə silahı olmayan üzv ölkələrin nüvə silahı planlaşdırması və istifadəsinə fürsət tanıyır.
Qeyd edək ki, bir müddət öncə Rusiya rəhbərliyi Belarusda rus nüvə silahlarının yerləşdirilməsinə başlamışdı.
Tərcümə: Arzu