Polşalı MMA döyüşçüsü Ukraynada həlak olub

  • By admin
  • 24 İyul 2022 18:04

Ukraynada döyüşən polşalı MMA döyüşçüsü Tomaş Valentek həlak olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Polşa MMA Federasiyası məlumat yayıb.

“Dərin hüznlə “Beynəlmiləl legion”un tərkibində vuruşan Tomaşın ölüm xəbərini eşitdik”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, Valentek MMA-nın həvəskar turnirlərində döyüşüb. 2021-ci ildə o, Qlivitsada keçirilən turnirdə qalib olub.

Gununsesi.info