Prezidentin xüsusi nümayəndəsi və “Qaçqınkom” sədri Zarda -FOTOLAR

Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və digər aidiyyəti şəxslərin iştirakı ilə Zar kəndində aparılan tikinti işlərinin gedişinə növbəti dəfə yerində baxış keçirilib.

Gununsesi.info xəbər verir ki, görülən işlərin mövcud vəziyyəti və qarşıdakı mərhələlər üzrə müzakirələr aparılıb.

Layihələrin vaxtında və keyfiyyətli icrası üçün əsas istiqamətlər müəyyənləşdirilib, aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Məlumatı Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi yayıb.

 

Afət Abbasova

Gununsesi.info