Putin 1000 nəfərin olduğu ticarət mərkəzinə raket atdı - VİDEO

  • By admin
  • 27 İyun 2022 22:13

Ukraynanın Kremençuk şəhərindəki ticarət mərkəzinə Rusiya ordusu tərəfindən raket hücumu həyata keçirilib.

Gununsesi.info xəbər verir ki, bu haqda Ukrayna Prezidenti Volodimir Zelenski məlumat paylaşıb.

Ukrayna Prezidenti ticarət mərkəzində 1000-dən çox mülki şəxsin olduğunu bildirib.

 

Raket hücumu nəticəsində azı 10 nəfər ölüb, 40-dan çox insan yaralanıb. Bu barədə Poltava vilayət Hərbi Administrasiyasının rəhbəri Dmitri Lunin açıqlamasında deyib. O bildirib ki, axtarış-xilasetmə tədbirləri davam etdirilir.