Putin Paşinyana nə deyib? - Akopyan SİRRİ AÇDI

  • By admin
  • 19 Noyabr 2021 10:29

Ermənistan tərəfinin təşəbbüsü ilə Vladimir Putinlə Nikol Paşinyan arasında noyabrın 16-da keçirilən telefon danışığı zamanı Rusiya Prezidenti Putin Paşinyana Moskva və KTMT-yə yardım etmək xahişi ilə bir daha müraciət etməməsini “məsləhət görüb”.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bunu erməni siyasi şərhçi Tatul Akopyan bildirib.

Onun sözlərinə görə, Putin Paşinyana münaqişənin qızışdırılması prosesinə başlamamağı tövsiyə edib.

Bunun əvəzində Rusiyanın müdafiə naziri Sergey Şoyqu erməni və azərbaycanlı həmkarları ilə danışıb, daha sonra isə Azərbaycan-Ermənistan sərhədində hərbi əməliyyatlar dayandırılıb.

Gununsesi.info