
NASA, “Boeing” gəmisindəki nasazlıq səbəbindən Beynəlxalq Kosmik Stansiyada səkkiz aydan çox müddətə qapalı qalan astronavtları planlaşdırılan vaxtdan əvvəl Yerə qaytaracağını açıqladı.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi ( NASA ) Boeing Starliner kapsulunda texniki nasazlıq səbəbindən Beynəlxalq Kosmik Stansiyada (BKS) 8 aydan çox qapalı qalan astronavtlar Butch Wilmore və Suni Williamsın Yerə qayıtmasını sürətləndirmək qərarına gəlib.
Astronavtların martın ortalarına qayıtması planlaşdırılır.
NASA SpaceX-in kapsulunda texniki problemlərə görə iyunun əvvəlindən geri dönə bilməyən Wilmore və Williams üçün yeni bir həll təklif edib. Bu yeni plana əsasən, martın 12-də xüsusi kapsul buraxılacaq və astronavtlar Yerə qayıdacaqlar. Bununla belə, Polşa, Macarıstan və Hindistandan olan astronavtları daşıyan Axiom Space uçuşu təxirə salınacaq.
Orxan Saffari