Qarabağ ermənilərinin sabaha inamı  ÖLÜB

  • By admin
  • 15 Noyabr 2021 12:05

Rusiyanın RBC kanalının saytında Qarabağdan reportaj yayımlanıb. Reportajda erməni əhalisinin və separatçıların necə yaşadıqları, gələcəyə necə baxdıqlarına dair maraqlı məlumatlar yer alır.

– Ermənilərin Qarabağa qayıtması problem olaraq qalır: separatçı rejimdə iki mənbə RBC-ya deyir ki, “əhalinin qayıtması qondarma rejimin də sağ qalması baxımından mühüm məsələdir, əgər insanlar orada yaşamaq istəmirlərsə, bura Ermənistana lazım olmayan torpaq olacaq”;

– Ermənistandan 27 minə qədər “Qarabağ ermənisi” var və onlar qayıtmaq niyyətində deyillər: İrəvanın kənarında yaşayan Mikaelyan ailəsi deyir ki, “Qorxudan qayıtmırıq. Oranın (qondarma “dqr”) statusu yoxdur. Bu gün ruslar oradadır, bəs sabah? 4 ildən sonra orada necə olacaq?”;

– İqtisadi müflisləşmə səbəbindən ermənilər tamamilə bölgəni tərk edə bilərlər: separatçı-terrorçu rejimin qondarma “iqtisadiyyat və kənd təsərrüfatı naziri” Armen Tovmasyan deyir ki, “müharibədən sonra gəlirlər kəskin azalıb, gələn il daha da azalacaq”.

– Elektrik enerjisində ciddi problemlər yaranıb: müharibədən öncə separatçıların işğal olunmuş torpaqlarda 36 su elektrik stansiyasını istismar edirdi, indi bunun 29-dan məhrum olublar;

Tovmasyan deyir ki, “hazırda Ermənistandan asılı vəziyyət yaranıb, lakin gələn xəttin gücü yetərli deyil, tez-tez elektrik enerjisi kəsilir”; bununla yanaşı, su təminatında problemlər var;

– Müharibədən sonra müəyyən tikinti işləri aparılır və qondarma nazir Tovmasyan etiraf edir ki, “bunun üçün pulun bir hissəsi diaspordan, əsasən də Rusiyadan gəlir”;

– Ermənistan bankları Qarabağdakı ermənilərə kredit vermir: Tovmasyan bu faktı təsdiq edir və bildirir ki, “buna səbəb müharibədən sonra yaranmış vəziyyət, eləcə də əhalinin borclarıdır”.

Gununsesi.info