Qarabağda doğulan 792 uşaq: “Elə erməni qızları var ki, 3-6 aydan bir…”

“Burada sülhməramlıların əlinin olması birmənalıdır”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında sabiq deputat, siyasi analitik Cümşüd Nuriyev deyib.

O, erməni mətbuatı tərəfindən bu ilin birinci rübündə Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Qarabağın dağlıq hissəsində 792 uşağın dünyaya gəlməsi iddiasına münasibət bildirib.

Analitik əmindir ki, hazırda Qarabağda ermənilərin sayı sürətlə azalır və onlar süni olaraq bunu artırmağa cəhd edirlər:

“Həmçinin, orada saxta nikahlar da çoxalıb. Yəni rus əsgərləri ilə erməni qızları arasında saxta nikah mərasimləri baş tutur, hətta erməni saytlarında rast gəldim ki, elə erməni qızları var ki, hər 3-6 aydan bir ərə gedirlər. Onların arasında 3 dəfə ərə gedənlər də var. Qısacası, onlar öz saylarını bu şəkildə çoxaldırlar ki, həmin əsgərlər orada qalsın. Bu da bir növ əhalinin sayını artırmaq üçün Rusiya tərəfindən ortaya atılan metodologiyadır.

İkincisi, bunlar Suriya və Livandan gələn erməniləri yerli ermənilərlə nikaha salırlar və onlara “vətəndaşlıq” verirlər ki, onların burada səlahiyyətləri olsun”.

“Üçüncü məqam isə ondan ibarətdir ki, bildiyiniz kimi, Azərbaycan hökuməti bölgədə qanunsuz yerləşdirmə ilə bağlı dəfələrə etiraz edib. Bu həm BMT Nizamnaməsinə, həm də beynəlxalq hüquq normalarına ziddir. Eləcə də Ermənistan və onların Qarabağdakı tör-töküntü qurumu bu yolla adamları saxta qeydiyyata salmağa çalışır ki, demoqrafik artıma nail olsunlar. Amma bu, mümkünsüzdür, çünki həmin rayonların əhali tutumu var. Bu, istər sovet dövründə olsun, istərsə də indiki zamanda həmin ərazidə maksimum 20-25 min adam yerləşdirilə bilər ki, hesab edirəm ondan artığı da ola bilməz.

Düşünürəm ki, sonrakı mərhələdə hər şey ortaya çıxacaq və qeyri-qanuni məskunlaşanlarla bağlı müvafiq tədbirlər görüləcək”, – deyə müsahibimiz fikrini tamamlayıb.

Gununsesi.info