Qarabağda kritik dövr başlayıb -EKSPERT

  • Müəllif: admin
  • 25 Aprel 2023 09:07

“Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulması Qarabağda yeni situasiya yaradıb.

Azərbaycanın bundan sonrakı addımı Qarabağdakı erməni silahlı dəstələrinin çıxarılmasıdır. Ardınca separatçı rejimin ləğv olunması, Xankəndini tərk etməsi gəlir. Sonra Qarabağ erməniləri ilə danışıqlar başlaya bilər”.

Bunu Gununsesi.info-ya açıqlamasında siyasi ekspert Elçin Rüstəmli bu barədə suala cavabında deyib.

Onun sözlərinə görə, sərhəddə ilk nəzarət-buraxılış məntəqəsini Ermənistan qoyub:

“İrəvandan Bakının adekvat addımına hələ ki, reaksiya yoxdur, Rusiya da susub. Amma Qarabağda atəşkəs pozulub, Laçının Minkənd kəndindəki mövqelərimiz atəşə tutulub.

XİN bəyan edib ki, nəzarət-buraxılış tədbirləri Rusiya sülhməramlıları ilə birgə həyata keçiriləcək. Kritik dövr başlayıb”.

Mais

Gununsesi.info