“Qarabağ”ın səfər proqramı açıqlandı

  • By admin
  • 04 Sentyabr 2022 14:14

Avropa Liqasının qrup mərhələsində “Frayburq”la qarşılaşacaq “Qarabağ” komandası sentyabrın 6-da, saat 17:00-da səfərə yola düşəcək.

Gununsesi.info xəbər verir ki, Frayburq şəhərində hava limanı olmadığından Ağdam təmsilçisini aparacaq təyyarə 5 saatlıq uçuşdan sonra əvvəlcə İsveçrənin Bazel şəhərinə eniş edəcək. Komanda oradan 60 kilometr məsafədə yerləşən Frayburqa yola düşəcək.

Sentyabrın 7-də yerli vaxtla saat 19:40-da (Bakı vaxtı ilə saat 21:40) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, “Frayburq”la görüş sentyabrın 8-də keçiriləcək. Ağdam klubu Bakıya oyunun ertəsi günü, sentyabrın 9-da qayıdacaq.

Gununsesi.info